YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni hədəflər uğrunda

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Qazma  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, dövlət-özəl təşəbbüskarlığı platformasına bələdiyyələrin daha əhatəli cəlb edilməsi ilə bağlı məlumat verib. Təşkilat sədri bildirib ki, bu, yerli icmaların inkişafını sürətləndirmək və onların ehtiyaclarına uyğun layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə mühüm bir addımdır. Nəticədə, bələdiyyələr dövlət-özəl tərəfdaşlığı vasitəsilə yerli problemləri daha effektiv şəkildə həll edə, icma inkişafını dəstəkləyə və iqtisadi artıma töhfə verə bilərlər.

Tədbirdə çıxış edən seçki qərargahının üzvü Rəşid Musayev, kənd ağsaqqalı Eyvaz İbrahimov da bələdiyyələrin özəl sektorla bir yerdə çalışmasının işlərin daha sürətlə irəliləməsinə kömək edəcəyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu əməkdaşlıq daha çox layihə reallaşdırılmasına şərait yaradacaq.

Seçicilər isə ümumxalq partiyası olan YAP-ın namizədlərinə etimad göstərəcəklərini vurğulayıblar.