YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Birlikdə növbəti zəfərlərə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu Ərçivan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Şüvi kəndində seçicilərlə görüşü keçirilib.

YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində tarixi rolu barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin xalqımıza dəyərli siyasi mirası olduğunu deyib: “YAP bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli maraqlarına xidmət edən məqsədyönlü fəaliyyət göstərir”.

Tədbirdə çıxış edən seçki qərargahının üzvü Adil Rzayev və bələdiyyə üzvlüyünə namizəd Ceyhun Babayev yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın bu seçkilərdə də xalqın dəstəyi ilə inamlı qələbə qazanacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Astara bələdiyyəsi üzrə namizəd Bədi Məmmədova Seləkəran kəndində və Ərçivan bələdiyyəsi üzrə namizəd Ceyhun Babayev Şüvi kəndində seçicilərlə məhəlli görüşlər də keçiriblər.