Seçki xəbərləri
Seçim YAP-ın namizədləridir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdaş rayonu Kükəl bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov ölkəmizdə bələdiyyə institutunun inkişafından, YAP üzvlərinin bələdiyyələrdə məqsədyönlü fəaliyyətindən ətraflı bəhs edib. İsa Eminov qeyd edib ki, qarşıdan gələn bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının parlaq qələbə qazanacağı şübhəsizdir.
Görüşdə çıxış edən seçki qərargahının üzvü İttifaq Şərifov, bələdiyyə üzvlüyünə namizədlər Türkan Şərifova, Zəfər Əhmədov və Roza Bayramova bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıblar.
Görüş zamanı seçicilər yekdilliklə bildiriblər ki, 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.