Seçki xəbərləri
Hədəfimiz modernləşmiş bələdiyyəçilikdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Hacıbədəlli bələdiyyəsi və Təzəkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Nəriman Orucov və Akif Əliyev bildirib ki, hədəfimiz modernləşmiş bələdiyyəçilikdir, çünki bu, yerli icmaların daha səmərəli idarə olunmasına və vətəndaşların həyat keyfiyyətinin artırılmasına xidmət edir. Təşkilat əməkdaşları innovativ texnologiyaların tətbiqinin, şəffaflıq və hesabatlılığın artırılmasının, bələdiyyə xidmətlərinin əlçatanlığını yüksəltdiyini diqqətə çatdırıblar.
Görüşlərdə Hacıbədəlli bələdiyyəsi üzvlüyünə namizədlər Sənan Orucov, Nəcibə Cəfərova, Təzəkənd bələdiyyəsi üzvlüyünə namizədlər Elçin Məmmədov, Rövşən Əbilov və Səbuhi Əliyev vətəndaşların fikirlərinin dinləməsini və onların aktiv iştirakını təmin etməklə, bələdiyyələrimizin daha ədalətli və müasir bir idarəetmə modeli kimi daha da təkmilləşə biləcəyini qeyd ediblər.
Seçicilərdən Səfər Hüseynov, Şahin Manafov, Səbuhi Atakişiyev, Mərdan Əliyev və Səxavət Məmmədov çıxış edərək, Azərbaycanın dinamik inkişafına töhfələr vermiş Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini vurğulayıblar.