YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Növbəti qələbələrə doğru!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonunun  Qazax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP)  namizədlərinin ilk dəfə səs verəcək gənclərlə və digər seçicilərlə görüşləri keçirilib.

Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Keçirilən görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax  rayon  təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin statusundan, onların fəaliyyətindən bəhs edib. O, seçiciləri yanvarın 29-da keçiriləcək  bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, Məmməd Yusifov, Pəri İbrahimova, İsgəndər Qurbanov, Qədir Əfəndiyev, Cavanşir Rüstəm, partiyanın namizədləri Vüsal İsmayılov, Mehriban Əliyeva və digərləri qeyd ediblər ki, bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, yaşayış məntəqələrində sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.

Görüşlər zamanı seçicilərdən Günel Sanılı, Afiq Mustafayev, Yeganə Məhərrəmova Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.