Seçki xəbərləri
YAP gücünü xalqın dəstəyindən alır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu Xolmili-Şıxakəran bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Yalçın Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident, partiyamızın Sədri İlham Əliyev tərəfindən müasir tələblərə və çağırışlarına uyğun uğurla davam etdirildiyini bildirib. YAP-ın seçki platforması haqqında ətraflı məlumat verən Y.Əliyev “Şübhə yoxdur ki, seçkilər xalqın öz doğma partiyasına sarsılmaz inamını əks etdirəcək” deyib.
Görüşdə seçki qərargahının üzvləri İlham Əliyev, Elvin Ağayev və bələdiyyə üzvlüyünə namizədlər Tabir Hüseynov, Səkinə Əlizadə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində atılan mühüm addımlardan danışıb, bu günədək bələdiyyələrin bir çox layihələrin həyata keçirilməsinə və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini vurğulayıblar.
Qeyd edək ki, Lənkəran rayonu Lənkəran, Səpnəkəran, Vilvan və Sütəmurdov bələdiyyələri üzrə YAP namizədləri seçicilərlə ayrı-ayrı ərazilərdə görüşlər keçiriblər.