Seçki xəbərləri
Masallı seçiciləri YAP-ın namizədlərini dəstəkləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu Ərkivan və Banbaşı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, partiyamızın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb. O, seçicilərə bələdiyyə üzvlüyünə namizədlər haqqında məlumat verib.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Teymur Hüseynov, Fuad Mənsimov, bələdiyyə üzvlüyünə namizədlər Ülviyyə Bağırova, Pərvin Eyniyev, İlkin Kərimov zəruri qanunvericilik bazasının formalaşdırılması, bələdiyyələrin statusunun müəyyənləşdirilməsi, bələdiyyə qulluğunun təşkili və maliyyə məsələlərinin tənzimlənməsi ilə bağlı qəbul edilən qanunların yerli idarəetmənin güclənməsinə yönəlmiş birgə səylərimizin nəticəsi olduğunu diqqətə çatdırıblar.
Seçicilərdən Ziyafət Məmmədov, Elməddin Məstanov və çıxışında Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.