Seçki xəbərləri
Hədəflərimiz reallığa çevriləcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu Qaradağlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının qərargah üzvləri Azər Ağayev və Elşən Səfərov qeyd ediblər ki, Azərbaycan bələdiyyə seçkilərini də şəffaf keçirməklə demokratik seçki keçirməyə qadir olduğunu bir daha təsdiqləyəcək.
Görüş zamanı seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, görüş çərçivəsində seçicilərə YAP-ın seçki proqramı ilə bağlı bukletlər də paylanılıb.