YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu, Həsənabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yeniqışlaq və Mikayıllı kəndlərində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov bələdiyyələrin ərazinin sosial-iqtisadi potensialından istifadə etməklə əhalinin rifahını yüksəltmək imkanlarına malik olmasından bəhs edib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Bibixanım Quliyeva yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin vəzifələrindən bəhs edib.

Seçicilər Firuzə Bəyişova, Vüqar Babayev və digərləri seçkilərin keçiriləcəyinə inamlarını ifadə edərək YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.