Seçki xəbərləri
YAP inkişaf partiyasıdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu Sarvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək qüdrətli Azərbaycanın Heydər Əliyev ideyaları əsasında – Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədləri gerçəkləşdirərək yeni reallıqlar yaratdığını deyib. E.Əhmədov bildirib ki, son illər ərzində əldə olunan uğurlar qarşıdan gələn bələdiyyə seçkilərində partiyanın namizədlərinin qələbə şanslarının yüksək olduğunu göstərir.
Görüşdə seçki qərargahının üzvləri Allahverdi Piriyev, Nübar Bayramova və şəhid atası Cahangir Qaraşov bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını deyib, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Qeyd edək ki, Sarvan bələdiyyəsi üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.