YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

“YAP-ın namizədlərinə səs vermək tərəqqini seçməkdir”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Səbail rayonu Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığını diqqətə çatdırıb.

Bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Hacı Əliyev və Validə Cəfərova çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından geniş bəhs edib, partiyanın bələdiyyə seçkilərinə böyük inamla getdiyini deyiblər.

Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar. Qeyd olunub ki, YAP-ın namizədlərinə səs vermək rifahı, yüksəlişi və tərəqqini seçməkdir.