Seçki xəbərləri
YAP-ı qarşıdakı illərdə daha möhtəşəm nailiyyətlər gözləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zaqatala rayonu Dağlı-Üçüncü Tala və Car bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Zaqatala rayon rayon təşkilatının sədri Fərid Ramazanov 32 ildən artıq şərəfli yol keçən, bütün çətinliklərdən uğurla çıxan YAP-ı qarşıdakı illərdə daha möhtəşəm nailiyyətlərin gözlədiyini deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət dövlətin və xalqın maraqlarını layiqincə təmsil edir.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Tahir Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Təranə Ömərova, Abdulla Boroyev seçiciləri Ümummilli Lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, YAP namizədlərinə səs verməyə çağırıb.