YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Zərdablılar YAP namizədlərini dəstəkləyirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu Bıçaqçı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Yeni Azərbaycan Partiyasının yüksək nüfuza malik aparıcı siyasi qüvvə olduğunu bildirib. O, YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb, seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıb.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Zahim Zayidli, Aqşin Əliyev, Toğrul Əliyev və Yalçın Quliyev seçiciləri 29 yanvar-bələdiyyə seçkilərində fəal olmağa, səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədlərinə səs verməyə çağırıblar.