Seçki xəbərləri
“Yeni dövr yeni uğurlar vəd edir”
2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu, Qıvraq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quliyeva partiyanın seçki proqramı barədə ətraflı məlumat verib. O qeyd edib ki, yeni dövr müasir Azərbaycana yeni uğurlar vəd edir. “Xalqımız Heydər Əliyev yoluna sadiqdir, ölkəmizin parlaq gələcəyinə inanır və bunu seçkilərdə Yeni Azərbaycan Partiyasına dəstəyi ilə ifadə edir. Heç şübhəsiz, növbəti bələdiyyə seçkiləri də bu inam və etimadın, birlik və həmrəyliyin daha bir ifadəsi olacaqdır”, - deyə S.Quliyeva bildirib.
Seçki qərargahının üzvləri Çiçək Əlizadə, Bəxtiyar Süleymanov, bələdiyyə üzvlüyünə namizədlər Murad İsmayılov, Xanım Nəcəfova və Azər Əliyev YAP-ın seçki proqramında əksini tapan hədəflərin xalqın dəstəyi ilə həyata keçiriləcəyini əminliklə ifadə ediblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.