YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Əldə ediləcək nəticələr YAP-nın gücünün növbəti ifadəsi olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron  rayonunun Aşağı Güzdək qəsəbə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, ümumxalq partiyası olan YAP zəngin və şərəfli inkişaf tarixinə malikdir. Bu partiya yarandığı gündən xalqın etimadını doğruldub və keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanıb. A.Əliyev  vurğulayıb ki, YAP-ın qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər - Seymur İmanverdiyev və Elşən Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıblar. Vurğulayıblar  ki, bələdiyyə seçkilərində əldə ediləcək nəticələr YAP-nın gücünün növbəti ifadəsi olacaq.

Qeyd edək ki, YAP-ın namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəlli görüş də keçiriblər. Həmin görüşlərdə qeyd olunub ki, bələdiyyə seçkiləri yerli özünüidarəetmədə vətəndaşların aktiv iştirakını təmin edən ən mühüm demokratik tədbirdir.

Görüşlərdə çıxış edən seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.