YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

İnam tükənməzdir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu, Quba, Alpan, Küpçal-Dağlı, Qəçrəş, Zərdabi-Barlı, Rustov, Talabıqışlaq, Çiçi-Zərqəva, Hacıhüseynli, Xınalıq, Qonaqkənd, Digah-Xucbala, Timiryazev-Alekseyevka, Vəlvələ və Tüləkəran bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.

Həmin görüşlərdə çıxış edən namizədlər qeyd ediblər ki, son illər Azərbaycanın qazandığı uğurlar göz önündədir. Bu uğurlarda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın xüsusi payı var. Qeyd olunub ki, YAP ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşdığı diqqətə çatdırıb.

Qeyd edək ki, Quba rayonu Vladimirovka bələdiyyəsi üzrə də YAP namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Varlıq Şıxbalayev, Sona Yaqubova və Bəşir Qəhrəmanov seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştiraka dəvət ediblər.