YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Azərbaycan vətəndaşının yüksək rifahı uğrunda

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonunun Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri davam edir.

Nizami və Keşlə bələdiyyələri üzrə namizədlər, seçki qərargahının və təşviqat qrupunun üzvləri şəhid ailələrini, qaziləri, rayon sakinlərini ziyarət edib, evlərdə və məhəllələrdə seçicilərlə görüşlər keçiriblər. Görüşlərdə YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki proqramından bəhs ediblər. Həmçinin seçiciləri seçkilərdə aktiv olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.

Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcələrini qeyd ediblər.