Seçki xəbərləri
Gəncəlilər YAP-ın namizədlərinə səs verəcəklər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Kəpəz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov Gəncə sakinlərinin əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklərini, bu siyasi kampaniyanın da mütəşəkkilliklə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.
Tədbirdə seçki qərargahının üzvləri Şakir Əlizadə, Əlimuxtar Muxtarov, bələdiyyə üzvülüyünə namizəd Ümid Şükürov, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə son illərdə əldə edilən nailiyyətləri müasir dövrün tələblərinə uyğun olaraq Yeni Azərbaycan Patiyası üçün çağırış kimi qiymətləndiriblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası yalnız keçmişin təcrübəsini deyil, həm də gələcəyin çağırışlarını nəzərə alaraq məqsədyönlü fəaliyyətini davam etdirəcək.
Çıxış edən seçicilər bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.