YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP bələdiyyə seçkilərinin favoritidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu Surra bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bununla da partiya  Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verməkdədir. “Eyni zamanda, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr durur”.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Xanoğlan Əsgərov, Tural Hüseynzadə, Tursun Əzizov və bələdiyyə üzvlüyünə namizədlər Ənvər Əzizov, Novruz Kindiyev, Cavad Əzimov və digərləri qeyd ediblər ki, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası  hər zaman inamlı qələbələr qazanıb. Çıxış edənlər son illər ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, ötən müddət ərzində partiya üzvlərinin təmsil olunduqları müxtəlif bələdiyyələrin gördüyü işlərdən danışıblar.

Görüş zamanı seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.