YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yeni qələbələrə imza atacağıq!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu Qullar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev müstəqil respublikamızda dövlətçiliyin qurulmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında və xalqımızın rifahının getdikcə yaxşılaşmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərindən danışıb. Onun sözlərinə görə, YAP xalqa əvəzsiz xidmətləri ilə ölkəmizdə digər siyasi qüvvələrə nümunə olduğunu qazandığı nailiyyətləri ilə təsdiqləyib.

Görüşdə çıxış edən partiya ağsaqqalları Aydın Ağcayev, Nemət Süleymanov və digərləri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətindən, Azərbaycanın inkişafından, insanların rifah halının yaxşılaşmasından bəhs ediblər. Çıxışlarda “Biz birlikdə bütün hədəflərə nail olacaq, yeni qələbələrə imza atacağıq!”, - deyə vurğulanıb.