YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Nizami seçiciləri ümumxalq partiyasının namizədlərinə səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonunun Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Şəhid ailələrini, qaziləri, rayon sakinlərini ziyarət edən Nizami bələdiyyəsi üzrə namizədlərdən Vüqar Quliyev, Heydər Rəhimov, Yeganə Abbasova, İlham Vəlizadə, Yaşar Əliyev, Keşlə bələdiyyəsi üzrə namizədlərdən Rəşad Babayev, İradə Həsənova, Hüseynağa Əliyev, Nadir Məmmədov, Əli Həmidov, Gülsüm Məhərrəmova, Suqra Murquzzadə, rayon təşkilatının təşviqat qrupunun üzvlərindən Ramil Mehdiyev, Səbinə Həsənova, Həmidə Ələfsərova, Arifə Əliyeva, Nəzakət Baxışova çıxışlarında partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar proqramından bəhs edib, YAP-ın yerli özünüidarəetmə orqanlarının perspektiv inkişafı ilə bağlı hədəflərini izah ediblər. Onlar əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması üçün qarşıda mühüm vəzifələr durduğunu bildiriblər.

Seçicilər müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə ümumxalq partiyasının - Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət olunublar.

Öz növbəsində, seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.