YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Hədəflər reallığa çevrilir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bu gün müstəqil Azərbaycanı uğurlu inkişafa aparan yolda hər bir vətəndaşın YAP Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyini və onun ətrafında sıx birləşərək böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyini uca tutduğunu qeyd edib. B.Mustafayev ölkə qarşısında mühüm hədəflərin dayandığını diqqətə çatdıraraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə milli məqsədlərin bundan sonra da uğurla reallaşdırılacağına əminliyini ifadə edib.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Rizvan Mikayıllı, Aidə İsmayılova və bələdiyyə üzvlüyünə namizədlər Anar İsmayılov, İlkin Qurbanov, Ədalət Quliyeva, Nargilə Kərimova seçiciləri 29 yanvar bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə partiya namizədlərinə səs verməyə çağırıblar.