YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqın etimadını doğruldan partiya

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nəsimi rayonu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Məhəmməd Naxçıvani, Liteyni döngəsi, Fuad İbrahimbəyov və Düşərgə küçələrində yaşayan seçicilər ilə görüşləri keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni dövrdə qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini, hədəflərə yüksək səviyyədə nail olunduğunu deyib. O qeyd edib ki, bu gün sıralarında 730 mindən çox üzvü birləşdirən YAP gücünü xalqın dəstəyindən alır. A.Süleymanov  bələdiyyə seçkilərinin xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olduğunu diqqətə çatdırıb, 

YAP Veteranlar Şurasının üzvləri Zərifə Quliyeva və Adilə Abbasova, bələdiyyə üzvlüyünə namizədlər Əziz Zeynalov və Rahib Hacıyev sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşının Prezident, YAP Sədri İlham Əliyevin siyasi kursunu dəstəklədiyini bildiriblər. Çıxış edənlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edərək Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə partiyanın namizədlərini dəstəkləməyə dəvət ediblər.