YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP bələdiyyə seçkilərində növbəti uğur qazanacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonunun Daşkəsən və Quşçu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, ümumxalq partiyası olan YAP zəngin və şərəfli inkişaf tarixinə malikdir. Bu partiya yarandığı gündən xalqın etimadını doğruldub və ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanıb. Onun sözlərinə görə, YAP-ın qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir.

Bələdiyyə üzvlüyünə namizədlər Etibar Alıyev, Nafiq Allahverdiyev, Cəmalə Cəfərova, Zərinə Məmmədova, Akif Muradov, Tapdıq Məmmədov, Səma Məhərrəmova, Natiq Süleymanov, Cavid Mehralıyev və Alagöz Hüseynova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının gördüyü işlər və qarşıda duran vəzifələr haqqında geniş söhbət açıblar. Qeyd olunub ki, bələdiyyə seçkiləri xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malikdir. Natiqlər, həmçinin vurğulayıblar ki, YAP-ın namizədləri təşviqat kampaniyasını uğurla aparacaq, partiya bələdiyyə seçkilərində növbəti qələbə qazanacaq.

Görüşlərdə çıxış edən seçicilər isə bildiriblər ki, onlar YAP-ı dəstəkləyirlər və əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də partiyanın namizədlərinə səs verəcəklər.