YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Şərurluların seçimi bəllidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Siyaqut bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə qələbə əzmi ilə getdiyini deyib.

Vurğulanıb ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və “yaşıl artım” ölkəsi kimi hədəflər müəyyən edilib. Təşkilat sədri bu məqsədlərin reallaşmasında bələdiyyələrin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Əli İsmayılov,  Musa Quliyev, Adil Əhmədov və bələdiyyə üzvlüyünə namizədlər Çingiz Məcidov, Qoşqar Maxsudov, Müzəffər Yusifov, Roza Müslümova regionlarda bələdiyyələrin iştirakçılığı ilə ekoloji təmiz texnologiyaların tətbiqi və mövcud resurslardan istifadə etməklə “yaşıl layihə”lərin icrasının olduqca önəmli vəzifələrdən olduğunu söyləyib.

Şərur seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini deyiblər.