Seçki xəbərləri
YAP xalqın seçimidir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Astara rayonu Şiyəkəran kəndində Şahağac bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Astara rayon təşkilatının sədr müavini Vüqar Abbasov son illər ərzində əldə olunmuş uğurların qazanılmasında Yeni Azərbaycan Partiyasının müstəsna xidmətlərinin olduğunu deyib. V.Abbasov bələdiyyələrin əhalinin məşğulluğunun təmin olunması və sosial məsələlərin həllində rolundan danışıb.
Rayon təşkilatının məsləhətçisi Elçin Məmmədəliyev, seçki qərargahının üzvü Xalidə Dadaşova, bələdiyyə üzvlüyünə namizədlər Elyar Məcidli, Sitarə Babayeva, Ülviyyə Hüseynova, gənc seçicilər Ramin Hüseynov və Rahim Dadaşov şanlı Zəfərimizin yaratdığı reallıqların Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu vəzifələrdən bəhs edib, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Qeyd edək ki, Astara bələdiyyəsi üzrə YAP-ın namizədi Ramin Şiriyevin Astara şəhəri Heydər Əliyev prospektində seçicilərlə məhəlli görüşü də keçirilib.