Seçki xəbərləri
Babəkdə seçicilərlə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Babək rayonu Nehrəm bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nağı Qəmbər oğlu Nağıyev və Ələsgər Yusif oğlu Rzayev yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, yarandığı vaxtdan bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə hazırlığı da yüksək səviyyədədir.
Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və müasir Azərbaycanın inkişafı naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar vurğulayıblar.