YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Böyük qələbə əzmi ilə irəli

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu Həsənabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının əməkdaşı Fərhad Baxışov Yeni Azərbaycan Partiyası tərəfindən Həsənabad bələdiyyəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxsləri seçicilərə təqdim edib və onları dəstəkləməyə çağırıb.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Bəxtiyar Əliyev bələdiyyələrin qarşısında dayanan vəzifələrdən danışıb, YAP seçki proqramı haqqında məlumat verib.

Seçicilər isə görüşdə YAP-ın fəaliyyəti dəstəklədiklərini vurğulayıblar.