Seçki xəbərləri
Seçicilər milli maraqlara xidmət edən YAP-a səs verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu, Hacıbədəlli və Təzəkənd bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Ağcabədi rayon təşkilatının məsləhətçiləri Cavid İsmayılov və Elşən Səfərov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən tədbirlərdən danışıblar. Çıxışlarda bildirilib ki, bələdiyyələrin əhaliyə daha keyfiyyətli xidmət göstərməsi əsas hədəflər sırasındadır.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər Mansur Quliyev, Elnur Bayramlı və Məlahət Hüseynova çıxış edərək bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də qalib Azərbaycanla qürur duyduqlarını və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.