Seçki xəbərləri
Bələdiyyə seçkiləri növbəti qələbəmizin təntənəsi olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xətai və Əhmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə fərdi görüşlər keçirib.
Görüşlərdə çıxış edən YAP-ın bələdiyyyə üzvlüyünə namizədləri bildirblər ki, bələdiyyələr demokratik bir təsisiatdır, vətəndaş cəmiyyətinin bir formasıdır. Ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var.
Müstəqillik dövründə keçirilən bütün seçkilərdə YAP-ın inamlı qələbəsindən danışan namizədlər növbəti bələdiyyə seçkilərinin də Yeni Azərbaycan Partiyasının qələbəsinin təntənəsi olacağını vurğulayıblar.
Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.