Seçki xəbərləri
YAP növbəti dəfə qalib gələcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qazax rayonu, Kəmərli və Qaymaqlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə ətraflı məlumat verib. O, xalqın etimadını layiqincə doğruldan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını qeyd edib.
Çıxış edən seçki qərargahının üzvləri Bəsdi Ələkbərova, İsgəndər Qurbanov, Ceyhunə Hüseynova, Elxan Abdullayevvə partiyanın namizədləri diqqətə çatdırıblar ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. YAP-ın namizədləri soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Görüşlər zamanı seçicilər YAP-ın siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.