Seçki xəbərləri
YAP-ın seçki proqramında mühüm vəzifələr əksini tapır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Buzovna bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov partiyanın bələdiyyə seçkiləri ilə əlaqədar proqramından bəhs edib, YAP-ın xalqın etimadını layiqincə doğrultduğunu bildirib. O, partiyanın seçki proqramında mühüm vəzifələrin əksini tapdığını qeyd edib. N.Əhmədov bu vəzifələrin yerinə yetirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Buzovna bələdiyyə üzvlüyünə namizədlər İsrafil Hüseynov və Təbriz Ağayev seçiciləri bələdiyyə seçkilərində fəal iştrak etməyə dəvət ediblər
Seçicilər də birmənalı olaraq seçkilərdə partiyanın namizədlərinə səs verəcəklərini qeyd ediblər.