Seçki xəbərləri
Oğuz seçiciləri YAP-ın namizədlərini dəstəkləyir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu Qumlaq-Xalxal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bələdiyyələrin yerli demokratiyanın inkişafındakı rolundan bəhs edib. O, partiyanın bələdiyyə üzvlüyünə namizədləri haqqında məlumat verib, onların peşəkar və təcrübəli insanlar olduğunu söyləyib.
Görüşdə çıxış edən seçki qərargahının üzvləri Fərman İbrahimov, Ramin Musayev, Rövşən Ağababayev və bələdiyyə üzvlüyünə namizədlər Amil Abbasov, Sarvan İbrahimov, Sahib Balakişiyev, Müşviq Mehdiyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını bildiriblər. Onlar YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat veriblər.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini bildiriblər.