Seçki xəbərləri
Pirallahı seçicilərinin YAP-a inamı sonsuzdur
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə məhəllə görüşləri keçirib.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Əli Kərimov və Heydər Vəliyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən danışmaqla yanaşı, partiyanın seçki platformasından da ətraflı söz açıblar. Qeyd olunub ki, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikrini əsas götürən YAP yeni dönəmin çağırışlarını rəhbər tutaraq bu sahədə məqsədyönlü fəaliyyət həyata keçirmək əzmindədir.
Namizədlər Azərbaycanın ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıblar. Onlar seçiciləri yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə səs verməyə çağırıblar.
Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.