YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Bələdiyyə seçkiləri yeni uğurlar vəd edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yasamal rayon bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin M.C.Məmmədzadə və V.Əliyev küçələrində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ölkəmiz növbəti siyasi hadisə ərəfəsindədir. Onun sözlərinə görə, bələdiyyə seçkiləri yeni uğurlar vəd edir: “Azərbaycanda ədalətli, şəffaf, azad seçkilərin keçirilməsi üçün bütün şərtlər və lazımi şərait təmin edilib. Ancaq bir həqiqət var ki, siyasi partiyalar arasında ən reytinqli və cəmiyyət arasında ən nüfuzlu siyasi partiya Yeni Azərbaycan Partiyası olduğundan, bələdiyyə seçkilərinin də qalibi Yeni Azərbaycan Partiyası olacaq”.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Hüseyn Hüseynov, təşviqat qrupunun üzvü İlhamə Qəsəbova, bələdiyyə üzvlüyünə namizədlər Gülxar Nərimanova və Fuad Mirələmov ötən dövrdə bələdiyyələrin fəaliyyəti və həyata keçirilən mühüm işlərlə bağlı çıxış ediblər.

Görüş zamanı seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, YAP-ın namizədləri Vətən müharibəsi şəhidi Elvin Sabir oğlu Salahovun ailəsini də ziyarət ediblər.