YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

YAP cəmiyyətin avanqard siyasi qüvvəsidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Masallı rayonu Musaküçə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək, bələdiyyələrin regionların  sosial-iqtisadi inkişafında özünəməxsus rol oynadığını bildirib. O qeyd edib ki, yeni mərhələdə yerli özünüidarəetmə orqanlarının  öz ərazilərində yeni layihələr həyata keçirəcəyini qeyd edib. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini vurğulayaraq qarşıdan gələn bələdiyyə seçkilərində də növbəti qələbəyə imza atacağını deyib. S.Əliyev seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Mehparə Məmmədova, Dilbər İbayeva, Nahid Rəhimov, bələdiyyə üzvlüyünə namizədlərdən Hikmət Babayev və  Süsən Həşimzadə YAP-ın ölkəmizdə keçirilmiş bütün seçkilərdə qazandığı parlaq qələbələrdən ətraflı söz açıblar.

Görüş zamanı seçicilər də çıxış edərək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.