YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Qəbələdə seçicilərlə görüşlər davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Qəbələ rayonu Vəndam bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, bələdiyyə seçkiləri ölkəmizin siyasi həyatında mühüm yer tutur: “İnanırıq ki, seçicilərimizin hər biri 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Elçin Dadaşov, Nizami Seyidov və bələdiyyə üzvlüyünə namizədlər Asif Həşimov, Eldəniz İsayev və Sahib Mehdizadə Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətdə bütün siyasi proseslərin mərkəzində dayandığını bildirib, görüş iştirakçılarını seçkilərdə fəal iştiraka çağırıblar.

Qeyd edək ki, həmin gün rayonun Mıxlıqovaq və Cığatelli bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə məhəllə görüşləri də keçirilib.