Seçki xəbərləri
Samuxluların seçimi Yeni Azərbaycan Partiyasıdır!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu Qovlarsarı və Qarayeri bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən müasir infrastruktur quruculuğuna, əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu məsələlər istiqamətində quracaqlar.
Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Müşfiq Əhmədov, İlqar Alıyev, Nizami Ələsgərov uğurlarımızın davamı naminə seçiciləri bələdiyyə seçkilərində fəal iştiraka dəvət ediblər.
Qeyd edək ki, həmin gün Yeni Azərbaycan Partiyasının namizədləri Samux şəhərində, Qarayeri qəsəbəsində, Qaraağaclı, Ziyadlı və Çobanabdallı kəndlərində seçicilər ilə fərdi görüşlər də keçiriblər.