Seçki xəbərləri
Hədəf bələdiyyələrin fəaliyyətinin gücləndirilməsidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Mamusta və İstisu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndələri Yalçın Əliyev və Sitarə Babayeva bildiriblər ki, ötən illər ərzində həyata keçirilən islahatlar bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılmasına da müsbət təsir göstərib. YAP-ın seçki proqramında əks olunan hədəflər bələdiyyələrin əhaliyə göstərdiyi xidmətlərin keyfiyyətini artıracaq.
Görüşdə seçki qərargahının üzvləri Sadiq Quliyev, Sahib Fərəcov və bələdiyyə üzvlüyünə namizədlər Rahim Xosrovov, İldırım Şükürzadə, Rəşad Quliyev, Kazım Fətullayev, Yaxşıxanım Fətullayeva bildiriblər ki, yüksək həyat standartlarının təmin edilməsi üçün yerli özünüidarəetmə orqanlarının mövcud resurslardan daha səmərəli istifadəsi, ailə-kəndli təsərrüfatları, fərdi sahibkarlığın inkişafı aktual çağırışlar sırasındadır.
Görüşdə çıxış edən seçicilər isə qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, YAP-ın Rvo, Gəgiran, Şiləvar və Gərmətük bələdiyyələri üzrə namizədləri də seçkiqabağı təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşüblər.