Seçki xəbərləri
Qubada seçicilərlə görüş keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Quba rayonu Alpan, Küpçal-Dağlı, Qəçrəş, Zərdabi-Barlı, Vəlvələ, Hacıhüseynli, Vladimirovka, Digah-Xucbala, Amsar, Talabıqışlaq, Qonaqkənd, Çiçi-Zərqəva, Birinci Nügədi, İkinci Nügədi, Timiryazev, Alekseyevka bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri seçicilərlə məhəllə görüşləri keçiriblər.
Görüşlərdə çıxış edən namizədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıblar. Çıxış edənlər əldə olunan nailiyyətlərin davamı naminə seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.