Seçki xəbərləri
İmişli seçiciləri uğurlu siyasətin davamına səs verəcək
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İmişli rayonu Muradalılı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar, yalnız iqtisadi və sosial sahələrdə deyil, eyni zamanda ə bələdiyyə institutunun inkişafında da əhəmiyyətli dəyişikliklər yaradıb. Təşkilat sədri qeyd edib ki, xüsusilə dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun bələdiyyələrin fəaliyyətinin təkmilləşməsinə, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsinə, nəticə etibarilə, əhaliyə xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səyyad Salahlı və bələdiyyə üzvlüyünə namizədlər Tədbir Quliyev, Elçin Quliyev, Yahya Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf yolunda əmin addımlarla irəlilədiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bələdiyyə seçkilərində əldə ediləcək nəticələr partiyamızın gücünün növbəti ifadəsi olacaq.
Çıxış edən seçicilər isə bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, gün ərzində YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bir neçə məhəlli görüş də keçirib, seçiciləri YAP namizədlərinə səs verməyə dəvət edib.