Seçki xəbərləri
Hədəflər reallaşır…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Cəlilabad rayonu Muğan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Cəlilabad rayon təşkilatının Muğan ərazi partiya təşkilatının sədri Asəf Hüseynov Yeni Azərbaycan Partiyasının öz gücünü xalqın dəstəyindən aldığını və budəfəki bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanacağını deyib.
Çıxış edən seçki qərargahının üzvləri Ədalət Əsgərov, Şahlar Əsədullayev və bələdiyyə üzvlüyünə namizədlər Murtuz Ağayev, Amaliya Əmənova, Vasif Həsənov vətəndaş məmnunluğunun artırılması naminə qarşıda dayanan vəzifələrdən bəhs ediblər. Qeyd olunub ki, yeni bələdiyyələrə seçiləcək YAP üzvləri öz fəaliyyətlərini məhz həmin strateji vəzifələrin həyata keçirilməsi istiqamətində quracaqlar.