Seçki xəbərləri
Qələbələrin davamı naminə!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Gəlmə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev xalqın etimadını layiqincə doğruldan Yeni Azərbaycan Partiyasının növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatıldığını bildirib. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin tərəqqisinə xidmət edən məqsədyönlü və uzaqgörən siyasətinin təməlində çoxşaxəli islahatların həyata keçirilməsi dayanır.
Bələdiyyə üzvlüyünə namizəd Elçin Xəlilov çıxışında ötən dövr ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən bəhs edib, bələdiyyələrin qarşısında yeni vəzifələr dayandığını vurğulayıb.
Natiqlər çıxışlarının sonunda qarşıdakı dövrdə yeni nailiyyətlər əldə etmək üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər yanvarın 29-da ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.