YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Seçim dəyişməzdir!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu Pirəbədil bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, Yeni Azərbaycan Partiyası əvvəlki bələdiyyə seçkilərində nümayiş etdirdiyi uğurlarla ölkənin siyasi sistemində öz liderliyini təsdiq edib. Bu uğurlar YAP-ın yerli idarəetmə sahəsində səmərəli fəaliyyətinə, xalqın rifahına yönəlmiş təşəbbüslərinə əsaslanır. Daha sonra Mehdi Balabəyov YAP-ın namizədləri haqqında seçicilərə məlumat verib.

Tədbirdə çıxış edən seçki qərargahının üzvü Təvəkkül Əliyev və bələdiyyə üzvlüyünə namizədlər Atabala Şeydayev və Arzu Orucova Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru daha inamla irəlilədiyini deyib, seçiciləri bələdiyyə seçkilərində də partiya namizədlərini dəstəkləməyə dəvət ediblər.