YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Xalqın seçimi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ucar rayonu Qaradağlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Qaradağlı və Çiyni kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Yeni Azərbaycan Partiyasının ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malik olduğunu deyib. Onun sözlərinə görə, bütün bu fundamental əsaslar YAP-ın seçkilərdə qələbəsini təmin edir.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Nurməmməd Tağıyev, bələdiyyə üzvlüyünə namizəd Baloğlan Mikayılov partiyanın ölkəmizə qazandırdığı uğurlardan bəhs edib, seçiciləri partiyanın namizədlərinə dəstək verməyə çağırıblar. Onlar YAP-ın hər zaman xalqın mənafeyini qoruyan, güclü dövlət quruculuğu yolunda çalışan siyasi qüvvə olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, həmin gün Qaradağlı kəndinin mərkəzində  Şəhidlərin xatirə lövhəsi ziyarət olunub. Həmçinin Qaradağlı və Çiyni kəndlərində seçicilərlə məhəllə görüşləri keçirilib.