YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

"Qalib Azərbaycanla qürur duyuruq!"

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Salyan rayonu, Yenikənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. O bildirib ki, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsi, nəticə etibarilə, əhaliyə xidmətlərin keyfiyyətinin artırılması əsas hədəflərdəndir. “İslahatlar davamlı xarakter daşıyır”,- deyə vurğulanıb.

Seçki qərargahının üzvləri Allahverdi Piriyev, Səlimağa Səlimli, şəhid atası İsaxan İmanov və bələdiyyə üzvlüyünə namizədlər Məsabə Abasov, Semural Səlimzadə çıxış edərək bütün seçiciləri seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilər qalib Azərbaycanla qürur duyduqlarını və milli maraqlara xidmət edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədləri dəstəkləyəcəklərini bildiriblər.