YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu, Dəstə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Azərbaycanın hazırda müasir dövlətçilik tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşadığını deyib. O bildirib ki, yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkədə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. “Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir”, - deyə qeyd olunub.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvü Ələmdar Cabbarov, bələdiyyə üzvlüyünə namizədlər Tofiq Babayev, Billurə Əhmədova və Novruzəli Məmmədov bələdiyyə seçkilərinin yerli özünüidarəetmənin inkişafı baxımından önəmini diqqətə çatdırıblar.

Seçicilər isə yanvarın 29-da seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.