YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 744 334
BİZƏ YAZIN

Seçki xəbərləri

Uğurlu siyasət növbəti qələbələrə yol açır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir  rayonu, Xırdapay bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Kürdəmir  rayon  təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Yeni Azərbaycan Partiyası milli maraqlara cavab verən məqsədyönlü fəaliyyəti ilə xalqın güvənini qazanıb. “Uğurlu siyasət növbəti qələbələrə yol açır”, - deyə vurğulanıb.

Seçki qərargahının üzvləri Arzu Şahbazov, Mehrab Abdurahmanov və bələdiyyə üzvlüyünə namizəd Elmira Şıxəliyeva Yeni Azərbaycan Partiyasının yerli özünüidarəetmə orqanlarında təmsil olunan üzvlərinin öz üzərlərinə düşən vəzifələri yerinə yetirmək üçün məsuliyyətlə çalışdıqlarını diqqətə çatdırıblar.

Çıxış edən seçicilər Azərbaycana mühüm uğurlar qazandıran Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini vurğulayıblar.