YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Yasamal seçiciləri YAP-ın siyasi xəttini dəstəkləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 6-da Yasamal rayon bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin D.Bünyadzadə və Ü.Əkbərov küçələrində yaşayan seçicilərlə görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının inzibati binasında keçirilən görüşdə çıxış edən təşkilat sədri Bəxtiyar Nəbiyev YAP-ın bütün seçkilərdə qələbə qazanmasının xalqın Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətinin, Prezident İlham Əliyevin siyasətinə dəstəyinin bariz təzahürü olduğunu deyib. O, Yeni Azərbaycan Partiyasının ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, xalqımızla birgə addımlayaraq ölkəmizə mühüm uğurlar qazandırdığını qeyd edib. B.Nəbiyev qarşıdan gələn bələdiyyə seçkilərində də zəfərlər partiyası olan YAP-ın böyük qələbə əldə edəcəyini əminliklə vurğulayıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Zahid Cəfərov, təşviqat qrupunun üzvü Şölət Zeynalov, bələdiyyə üzvlüyünə namizədlər - Tahir Məmmədov, Nicat İsmayılov və Səmayə Cabarova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Seçicilər də çıxışlarında yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün partiya namizədləri Vətən müharibəsi şəhidi Nurlan Ağa oğlu Mustafayevin ailəsini də ziyarət ediblər.