YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Seçki xəbərləri

Lənkəranda seçicilərlə görüş…

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu Boladı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi Əlövsət Qurbanov bildirib ki, demokratiyanın inkişaf etdirilməsində bələdiyyə seçkiləri mühüm əhəmiyyət kəsb edir. Elə bu səbəbdən mənsub olduğu partiya bu seçkilərə də diqqətlə yanaşır. Daha sonra o, YAP Lənkəran rayon təşkilatı tərəfindən seçkilərə hazırlıq prosesi barədə ətraflı məlumat verib.  Həmçinin qeyd edib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunacaq üzvlərdən daha çox təşəbbüskarlıq, əhali ilə daim təmasda olmaq, onların probemləri ilə mütəmadi maraqlanmaq tələb olunur.

Görüşdə seçki qərargahının üzvləri - Ramazan Quliyev, İman Mikayılov və bələdiyyə üzvlüyünə namizədlər - Salman Dadaşov, Şahnaz Rzayeva, Araz Nəsirov bütün seçiciləri 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, Osaküçə bələdiyyə üzvlüyünə namizəd Həkət Cavadova seçkiqabağı təşviqat kampaniyası çərçivəsində şəhid Mehti Qənbərlinin ailəsini ziyarət edib, həmçinin Osaküçə kənd seçiciləri ilə görüşüb.